1. İstifadəçi məlumatlarının toplanması və məqsədləri: Platforma vasitəsilə istifadəçi tərəfindən təqdim edilən bütün məlumatlar (o cümlədən email, şifrə, şəxsi məlumatlar, diet seçimləri, sağlamlıqla bağlı daxil edilən göstəricilər və istifadəçinin seçdiyi plan – Arıqlama, Əzələ Artırma, Sağlam Qalma) yalnız xidmətin göstərilməsi, istifadəçiyə uyğun diet paketlərinin formalaşdırılması, platforma funksionallığının təmin edilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədi ilə istifadə olunur.
Toplanan məlumat növləri:
Məlumatın məqsədləri:
2. Məlumatların emalı və qorunması: Platformada mövcud olan süni intellekt əsaslı funksionallıqlara daxil edilən məlumatlar yalnız istifadəçiyə fərdiləşdirilmiş tövsiyələrin təqdim edilməsi üçün emal edilir. Bu məlumatlar üçüncü şəxslərlə paylaşılmır, kommersiya məqsədilə ötürülmür və platformadan kənar sistemlərə verilməz. İstifadəçi məlumatları təhlükəsiz serverlərdə saxlanılır və məlumatlara giriş yalnız səlahiyyətli sistem komponentləri və texniki heyət ilə məhdudlaşdırılır. Platforma daxilində məlumatların qorunması üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri tətbiq olunur.
3. Məlumatların silinməsi və saxlanma müddəti: İstifadəçi hesabını silmək üçün hesabın silinməsi linkinə daxil olaraq formu doldura bilər. Hesabın, email, plan seçimi və fitness məlumatları platformadan kənarda 90 gün ərzində tam silinir.
4. Uşaqların qorunması: Bu tətbiq yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub. Uşaqlar üçün uyğun deyil və 13 yaşdan aşağı istifadəçilərin məlumatları toplanmır.
5. Üçüncü tərəflərlə paylaşım və reklamlar: İstifadəçi məlumatları qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü tərəflərlə paylaşılmır. Platforma daxilində məlumatlar yalnız daxili proseslər üçün istifadə edilir.
6. İstifadəçi razılığı: İstifadəçi platformadan istifadə etməklə bu Məxfilik Siyasətində qeyd olunan bütün şərtlərlə tanış olduğunu və razılaşdığını təsdiq edir.
7. Dəyişikliklər: Zəruri hallarda Məxfilik Siyasətinə dəyişikliklər edilə bilər. Edilən dəyişikliklər yenilənmiş tarixlə birlikdə bu səhifədə dərc olunacaq və istifadəçilər üçün açıq şəkildə təqdim ediləcək.